Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 724 $▲0.96%
  • Ethereum1 814 $▲2.60%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Boris Consondan Ukrayna çağırışı: "Lazım olanı verin"

image-conson
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynaya istənilən yardımın, o cümlədən tanklar, artilleriya sistemləri və döyüş təyyarələrinin Qərb tərəfindən verilməli olduğunu müdafiə edib.

Busaat.az xəbər verir ki, Conson Vaşinqtonda beyin mərkəzi olan Atlantic Council-da Qərbin Ukraynaya verdiyi dəstək və Rusiyaya qarşı atıla biləcək addımları barədə çıxış edib.

ABŞ-ın Ukraynaya verdiyi dəstəyin çox əhəmiyyətli olduğuna diqqət çəkən Conson, “ABŞ-ın dəstəyi olmasaydı, Rusiya prezidenti Vladimir Putin Ukraynada “kukla hökumət” qurar və digər ölkələrə də nüfuz edərdi. Beləcə, dağılmış Sovet İttifaqı Avropa demokratiyasına kölgə sala bilərdi”, – deyə qeyd edib.

Conson Qərb ittifaqına müraciət edərək, Ukraynaya tanklar, artilleriya sistemləri və döyüş təyyarələri də daxil olmaqla bütün yardımların göstərilməli olduğunu müdafiə edib.

Putinin Ukraynaya hücum edərək “yanlış hesablama” etdiyini iddia edən Conson deyib: “Putin dəli deyil, xəstə deyil. O, sadəcə olaraq tarixi səhvə yol verib. Nüvə silahlarından da istifadə etməyəcək, çünki bu, Çinin onlara verdiyi dəstəyin son qığılcımını söndürəcək”.

Heç kəsin, o cümlədən öz xalqının və dünyadakı tərəfdarlarının Rusiyanın nüvə silahı istifadəsinə dəstək verməyəcəyini ifadə edən Conson, “neo-imperialist” olaraq xarakterizə etdiyi Putinin Sovet İttifaqının dağılmasına görə “qisas almaq” istədiyini bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99130