
Borrell İranı dərhal Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırdı
Avropa İttifaqının (Aİ) nümayəndəsi Josep Borrell İranı “Rusiyaya hərbi dəstəyi” və İslam Respublikasında daxili repressiyaları dərhal dayandırmağa çağırıb.
Busaat.az xəbər verir ki, Borrel Aİ-nin 2015-ci il nüvə sazişinin bərpası üçün İranla işləməyə davam edəcəyini bildirib.
“Razılaşdıq ki, biz ünsiyyəti açıq saxlamalı və Vyana danışıqları əsasında JCPOA-nı bərpa etməliyik” – deyə, Borrell sentyabrdan bəri dalana dirənmiş danışıqlara toxunub.
İran Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib: “İran Ukraynadakı müharibə ilə bağlı hər hansı anlaşılmazlığı aradan qaldırmaq üçün Ukrayna ilə birbaşa əlaqə saxlamağa hazırdır”.
Busaat.az























