Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 405 $▲2.02%
  • Ethereum1 829 $▲3.44%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Böyük BƏLANIN ayaq səsləri eşidilir... - Alimlərdən ŞOK XƏBƏRDARLIQ

image-1098701
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son günlər Mərmərə və Egey bölgələrində baş verən zəlzələlər insanları panikaya salıb.

Busaat.az musavat.com-a istinadən bildirir ki, xüsusilə 10 yanvarda Egey dənizinin Midilli adasında baş verən 5 bal gücündə zəlzələ və eyni gündə Krit adasında baş verən 4,4 bal gücündə zəlzələ başda İzmir və Balıkəsir olmaqla Egey bölgəsində yaşayan insanları təşvişə salıb.

Mövzu ilə bağlı “Milliyet”ə danışan professor Ziyadin Çakır bildirib ki, İzmir və ətrafında dağıdıcı zəlzələlər yarada biləcək çoxlu qırılma xətləri var. O, xüsusilə iki mahala diqqət çəkib:

“İzmirin Bornova və Karşıyaka kimi torpaqları zəif olan bölgələrini nəzərə alsaq, orta gücdə bir zəlzələ belə dağıdıcı nəticələrə səbəb ola bilər. Son günlər Egey dənizində yaşanan hərəkətlilik yaxın gələcəkdə böyük bir zəlzələ ehtimalını qabardıb. Türkiyənin zəlzələ ölkəsi olduğunu xatırladan bu kiçik təkanlar qabaqcıl olarsa, dağıdıcı gücə malik böyük zəlzələ ehtimalı yüksəkdir”.

Türkiyə Elmlər Akademiyasının üzvü, professor Naci Görür isə İstanbulla bağlı da xəbərdarlıq edib. O bildirib ki, İzmirdə Gediz çayının çöküntüləri üzərində tikilmiş çoxmərtəbəli binaların yerləşdiyi ərazidə qrunt tədqiqatları səhv və ya qeyri-kafi aparılıbsa, həmin binalar zəlzələyə davam gətirməyə bilər. Türkiyənin şərq bölgələrində də zəlzələ riskinin olduğuna diqqət çəkən professor Malatyanın Erkenek və Çelikhan, Kahramanmaraşın isə Türkoğlu rayonlarında yaşayanların zəlzələlərə hazır olmasının vacibliyini vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96999