
Böyük Britaniya 2023-cü ildə Ukraynaya hərbi yardımı artıra bilər
Böyük Britaniyanın 2023-cü ildə Ukraynaya hərbi yardımının artacağı gözlənilir.
Busaat.az Tass-a istinadənxəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın bazar ertəsi açıqlama verəcəyi gözlənilir.
“Şübhəsiz ki, biz Ukraynanın yanında olacağıq. Biz gələn il hərbi yardımımızı davam etdirəcəyik və ya artıracağıq. Ukrayna xalqını və onların kritik infrastrukturu qorumaq üçün hava hücumundan müdafiəyə yeni dəstək verəcəyik. Ukraynanı qorumaqla biz özümüzü qoruyuruq” – deyə, Sunakın Londondakı Guildhall-dakı ziyafətdə təxminən bu şəkildə çıxış edəcəyi gözlənilir.
Bundan əlavə, Böyük Britaniyanın Baş naziri ilk böyük xarici siyasət çıxışında ölkənin uzunmüddətli strategiyasının hazırlanmasının zəruriliyini qeyd edəcək: “Mənim rəhbərliyimlə biz status-kvonu seçməyəcəyik. Biz hər şeyi fərqli edəcəyik. Biz inkişaf edəcəyik, həmişə azadlıq, açıqlıq və qanunun aliliyinə olan davamlı inamımızla möhkəmlənəcəyik və əminik ki, bu çağırış və rəqabət anında, maraqlarımız qorunacaq və dəyərlərimiz qalib gələcək”.
Eyni zamanda, Britaniya Baş nazirinin ofisi daha bəyan edib ki, Böyük Britaniya hazırda baş verən “böyük geosiyasi dəyişiklikləri” nəzərə alaraq 2021-ci il üçün nəzərdə tutulan təhlükəsizlik, müdafiə, inkişaf və xarici siyasətin İnteqrasiya İcmalına yenidən baxılması və yenilənməsi prosesindədir.
Noyabrın 19-da Kiyevə səfəri zamanı Sunak bildirib ki, Böyük Britaniyanın Ukraynaya hərbi yardımının həcmi 3 milyard funt-sterlinqi (3,6 milyard dollar) keçib. Böyük Britaniya artıq Ukraynanı 7 minə yaxın NLAW tank əleyhinə kompleks, yüzdən çox zirehli texnika, Starstreak raketləri ilə “Stormer” özüyeriyən hava hücumundan müdafiə silahları, onlarla M109 haubitsaları və L119 yedəkli silahları, M270 MLRS, 16 mindən çox artilleriya mərmisi və 4,5 ton plastik partlayıcı ilə silahlandırıb.
Busaat.az























