
Böyük Britaniya COP27 İqlim Konfransında iştirak etməmək qərarından geri çəkildi
İngiltərə Baş naziri Rişi Sunak 6-18 noyabr tarixlərində Misirdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) 27-ci Tərəflər Konfransına (COP27) qatılmamaq qərarından geri çəkilib və gələn həftə iclasda iştirak edəcəyini açıqlayıb.
Busaat.az xəbər verir ki, Sunak Twitter səhifəsindən paylaşım edərək, iqlim dəyişikliyi ilə bağlı tədbirlər görülmədən uzunmüddətli rifahın olmayacağını ifadə edib.
O, həmçinin, bərpa olunan qaynaqlara sərmayə qoyulmadan enerji təhlükəsizliyinin də olmayacağını qeyd edib.
Baş nazir Sunak vurğulayıb: “Buna görə mən gələn həftə (keçən il COP26 konfransının keçirildiyi) Qlazqonun təhlükəsiz və davamlı gələcək qurmaq mirasını yerinə yetirmək üçün COP27-də iştirak edəcəyəm”.
Busaat.az























