
Böyük Britaniya müdafiə büdcəsini 6 milyard dollar artıracaq
Britaniya hökuməti qarşıdakı iki il ərzində müdafiə xərclərini 5 milyard funt sterlinq (6 milyard dollar) artıracaq.
Busaat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunakın ofisinin bəyanatında bildirilib.
Açıqlamaya deyilir: “Bu puldan 3 milyard funt-sterlinq (3,6 milyard dollar) müdafiə nüvəsi müəssisəsinə xərclənəcək, qalan vəsait isə Ukraynaya bağışlanan sursatları əvəz etmək üçün sursat ehtiyatlarımızı dolduracaq və gücləndirəcək”.
Baş nazirin ofisi bildirib ki, Sunak ölkəsinin müdafiə xərclərini 2%-dən bir qədər çox olan uzunmüddətli perspektivdə ÜDM-in 2,5%-nə çatdırmaq niyyətindədir. Hazırda Müdafiə Nazirliyinin büdcəsi 48,6 milyard funt-sterlinq (58,4 milyard dollar) təşkil edir.
Baş Qərargah rəisi general Ser Patrick Sanders deyib ki, Müdafiə Nazirliyi artan təhlükəsizlik təhdidləri fonunda müdafiə xərclərini artıra bilməsə, istefa verə bilər.
Busaat.az























