
Böyük Britaniyada bir istifadəlik plastik çəngəllər, bıçaqlar və boşqablar qadağan edildi
İngiltərədə ətraf mühitin çirklənməsini azaltmaq üçün plastik çəngəl, bıçaq və boşqab kimi bir istifadəlik məhsulların qadağan ediləcəyi bildirilib.
Busaat.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Ekologiya, Ərzaq və Kənd İşləri Nazirliyi Böyük Britaniyada plastik çəngəl, bıçaq və boşqab kimi birdəfəlik məhsulların qadağan edilməsini təsdiqləyib.
Bununla belə, tətbiq supermarketlərdə və ya mağazalarda olan məhsulları əhatə etməyəcək.
Britaniyanın ətraf mühit naziri Tereza Koffinin qadağanın nə vaxt qüvvəyə minəcəyi ilə bağlı yaxın günlərdə açıqlama verəcəyi gözlənilir.
Koffi problemi birbaşa həll etmək üçün hərəkətə keçməkdə qərarlı olduğunu bildirib və aşağıdakı ifadələrdən istifadə edib: “Son illərdə biz artıq əhəmiyyətli addımlar atmışıq, lakin görüləsi daha çox iş olduğunu bilirik və ictimaiyyətin çağırışına bir daha qulaq asdıq. Bu yeni qadağa milyardlarla plastik hissələrin ətraf mühiti çirkləndirməsinin qarşısını almağa böyük təsir göstərəcək. Gələcək nəsillər üçün təbii mühiti qoruyacağıq”.
Busaat.az























