Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 864 $▼6.39%
  • Ethereum1 751 $▼9.13%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Böyük Britaniyada iki nəfərdə quş qripi aşkar edildi

image-565fccebc6c2930
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İngiltərədə quşçuluq fermasında işləyən iki nəfərdə quş qripi virusu aşkarlanıb.

Busaat.az xəbər verir ki, İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyindən (UKHSA) verilən açıqlamada, quşçuluq fermasında çalışan iki nəfərin quş qripi testlərinin müsbət çıxdığı, lakin insandan insana yoluxma əlamətlərinin olmadığı bildirilib.

Açıqlamada qeyd olunub ki, xəstəliyə yoluxmuş işçilər profilaktika məqsədilə təcrid olunub.

UKHSA-nın Baş Tibb Məsləhətçisi, professor Susan Hopkins məsələ ilə deyib:

“Mövcud əlamətlər göstərir ki, bütün dünyada quşlar arasında dolaşan quş qripi virusları insanlarda asanlıqla yayılmır. Bununla belə, biz bilirik ki, virus xəstə quşlarla yaxın təmasdan sonra insanlara keçə bilər”.

2022-ci ilin yanvarında Böyük Britaniyada quş qripinin ev quşlarından insana keçməsi halının aşkarlandığı bildirilib.

2022-ci ilin oktyabr ayında çöl quşlarında və ticarət obyektlərində satılan məhsullarda quş qripi hallarının artmasından sonra riski azaltmaq üçün ölkə daxilində “Quş qripinin qarşısının alınması zonası” elan edilib.

Ölkədə 2021-ci ildə fövqəladə səviyyəyə çatan quş qripi epidemiyası səbəbindən on minlərlə ev quşu məhv edilib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109883