“Bravo”ya “Audi-Q3”lə girən xanım sürücü kimdir? (FOTO)

image-1638531068_222backend

Ötən gün Bakıda baş verən qeyri-adi qəzanı törədən sürücünün kimliyi məlum olub.

Busaat.az-in əldə etdiyi eksklüziv məlumata görə, ötən gün “Koroğlu”da yerləşən “Bravo” hipermarketinə girən “Audi-Q3”ün sürücüsü xanım olub.

Həmin sürücü Azərbaycanın bədii gimnastika yığmasının baş məşqçisi Mariana Vasilyevadır.

Hadisə ilə bağlı Azərbaycan Gimnastika Federasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Bikə Abdullayeva BAKU.WS-ə açıqlamasında bildirdi ki, hadisə zamanı Mariana Vasilyeva heç bir xəsarət almayıb.

“Mariana Vasilyeva xəsarət almayıb, salamatçılıqdır. Hazırda o, iş başındadır. Avtomobilə nə qədər ziyan dəyməsi barədə isə heç bir məlumatım yoxdur”, – deyə Bikə Abdullayeva bildirib.

Qeyd edək ki, ötən gün “Audi-Q3” markalı avtomobil “Koroğlu”da yerləşən “Bravo” hipermarketində girib. Qəzadan sonra həmin maşının dövlət nömrə nişanı çıxarılıb.

BAKU.WS

1545202360 48390673 848546012268673 6967092443430780928 n

1545202359 74bc368617786271425fa906d3930def
1545202341 1480929169 marana

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki