
Braziliya prezidenti: “BRİKS-ə yeni üzvlərin qəbulu üçün qaydalar lazımdır”
Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı bir araya gətirən BRİKS qrupu yeni üzv qəbul etmək istəyində yekdildir, lakin ölkələrin riayət etməli olacağı bir prosedur hazırlamalıdır.
Busaat.az xəbər verir ki, bu barədə Braziliya prezidenti Luiz İnasio Lula da Silva qoşulacaqlarını bildirib.
“BRİKS-in genişlənmə potensialı var. Mən bilirəm ki, Çin, Hindistan, Cənubi Afrika və Rusiya bunu istəyir. Biz də bunu istəyirik. Aydındır ki, müəyyən bir üzvlük proseduru qurmaq lazımdır ki, sabah kiminsə BRİKS-ə qarşı olduğu halda bizə qoşulması ilə nəticələnməyək”, – o, sosial mediada həftəlik müsahibəsi zamanı qeyd edib.
Braziliya prezidentinin fikrincə, BRİKS Yeddilik Qrupu kimi özəl klub olaraq qalmamalıdır.
“Bu, varlılar klubudur və bizi G7-nin toplantılarına dəvət edəndə bu, klub üzvləri kimi deyil, qonaq kimi olur. Biz bunun təkrarlanmasını istəmirik”, – o deyib.
BRİKS sammiti avqustun 22-dən 24-dək Yohannesburqda keçirilir və Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının son illərdəki ən böyük görüşü olacaq. 54 Afrika ölkəsinin rəhbərlərinə dəvət göndərilib. Tədbirdə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək. Rusiya prezidenti Vladimir Putin saamitə videobağlantı vasitəsilə qoşulacaq. Kremlin məlumatına görə, sammit 15-ci BRİKS sammitinin Yohannesburq Bəyannaməsinin qəbulu ilə yekunlaşacaq.























