Braziliyada koronavirusdan rekord ölüm qeydə alınıb

image-covid-6backend

Braziliyada “COVID-19”dan son 24 saat ərzində 3 min 650 nəfər vəfat edib.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu rəqəm epidemiyanın başlanğıcından bu günə qədər bir gündə qeydə alınan ən yüksək insan itkisidir.

Son sutkada 3 min 650 nəfərin ölümü ilə virus səbəbiylə vəfat edənlərin sayı 307 min 112-yə yüksəlib. Ümumi yoluxanların sayı isə 12 milyon 400 mini keçib.

Bundan əlavə, Braziliyanın ticarət mərkəzi olan Sao Paulo əyaləti 2 milyon 392 min 374 yoluxma və 70 min 696 ölümlə ölkənin epidemiyadan ən çox təsirlənən bölgəsi olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90