
Braziliyada sel və torpaq sürüşmələrində ölənlərin sayı 50 nəfərə çatıb
Braziliyada leysan yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 50-yə yüksəlib.
Busaat.az xəbər verir ki, bu barədə Sao Paulo əyalətinin səlahiyyətlilərindən verilən məlumatda bildirilib.
Axtarış-xilasetmə işlərinin davam etdiyi əyalətdə 1 815 nəfərin evsiz qaldığı açıqlanıb.
Rəqəmlər dəqiq olmasa da, 30-dan çox insanın itkin düşməsi təxmin edilir.
Busaat.az























