BRİKS liderləri II Yohannesburq Bəyannaməsini qəbul ediblər

image-ii-yohannesburq-beyannamesi-qebul-edilerbackend
image-uzb_ads_desk

BRİKS liderləri Yohannesburqda keçirilən 15-ci sammitin bəyannaməsini qəbul ediblər.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa bildirib.

“II Yohannesburq Bəyannaməsi qəbul edilib”, – Cənubi Afrika lideri deyib.

Sənədə əsasən, altı yeni üzv, yəni Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ gələn il BRİKS-ə qoşulacaq.

BRİKS sammiti avqustun 22-dən 24-dək Yohannesburqda keçirilir. Cənubi Afrika bu il BRİKS qrupunun dönərli sədridir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki