Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 394 $▲2.00%
  • Ethereum1 833 $▲3.67%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Britaniya artilleriya təkmilləşdirmə proqramını sürətləndirir

image-b1ce061a-6b42-3af2-aa9d-0516c4bfd5c9_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Britaniya Ukraynadakı münaqişədən dərs çıxararaq quru qoşunlarının artilleriya imkanlarını təkmilləşdirmək proqramını sürətləndirir.

Busaat.az xəbər verir ki, bunu “Defence News” yazır.

Proqramın mövcud cədvəlinə görə, Britaniyanın AS-90 silahlarını əvəz edəcək yeni artilleriya vasitələri 2032-ci ildə döyüşə tam hazır olmalıdır.

Yeni artilleriya cədvəlini yenidən nəzərdən keçirmək üçün təzyiq bir müddətdir artıb.

Müharibədən əvvəl də Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun quru müharibəsi üzrə analitiki Ben Barri ingilislərin Rusiya ordusu ilə istənilən döyüşdə böyük itki verəcəyini təfərrüatlandıran araşdırmalar hazırlayıb.

Müdafiə naziri Ben Uolles daha əvvəl etiraf edib ki, artilleriya çatışmazlığı böyük problemdir.

“Mənim əsas narahatlığım bəzi əksikliklərimizin olmasıdır. Biz ağır artilleriyamızda demək olar ki, həddindən artıq geridəyik. Bizim AS-90 silahlarımızın uçuş məsafəsi təxminən 23 və ya 24 kilometrdir. Fransa və digərlərinin bənzər silahlarının uçuş məsafəsi isə 55 kilometr məsafədədir”, – Ben Uolles deyib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97554