Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.56 $▲1.24%
  • WTI neft86.70 $▲1.20%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.308 $▲2.96%
  • Qızıl4 053 $▼1.74%
  • Gümüş52.37 $▼1.65%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.75 ¢▲0.85%
  • Bitcoin73 555 $▼0.19%
  • Ethereum2 056 $▲0.27%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Britaniya Çaqos arxipelaqı üzərində suverenliyi Mavrikiyə verir – Saziş imzalandı

image-9476521a-ab94-37c2-88ad-b154467ee49d_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-Britaniya hərbi bazasının yerləşdiyi, Hind okeanındakı Çaqos arxipelaqı üzərində suverenliyin Mavrikiyə verilməsi ilə bağlı saziş imzalayıb.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

“İndi və bizim şərtlərlə bu razılaşmaya gedərək bazamızın növbəti əsrdə də işini yaxşı səviyyədə davam etdirəcək möhkəm təhlükəsizliyini təmin edirik”, – Starmer mətbuat konfransında deyib.

Razılaşmanın şərtlərinə görə, Britaniya Dieqo Qarsiya hərbi bazasının istismarına görə 99 il ərzində Mavrikiyə hər il orta hesabla 101 milyon funt sterlinq ödəyəcək. Eyni zamanda, Starmer bütün sövdələşmənin təxminən 3,4 milyard funta başa gələcəyini söyləyib.

Baş nazirin sözlərinə görə, London razılığa gəlməsəydi, Mavriki hökuməti işi beynəlxalq məhkəmələrə daşıyacaq və böyük ehtimalla qalib gələcəkdi.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında uzun illər davam edən mübahisələrdən sonra Londonun Dieqo Qarsiya atolu da daxil olmaqla Çaqos üzərində suverenliyi Mavrikiyə verəcəyi, amma orada yerləşən hərbi bazanın azı 99 il Vaşinqton və Londonun yurisdiksiyasında qalacağı məlum olmuşdu. Lakin o zaman Britaniya hökuməti müqaviləni yenicə yekunlaşdırırdı. Mavrikidə keçirilən seçkilərdən sonra hökumət dəyişib: 2024-cü il noyabrın 13-dən Baş nazir Navinçandra Ramqulamın rəhbərlik etdiyi yeni hökumət hakimiyyətdədir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=164747