
Britaniya kəşfiyyatı: Rusiyanın strategiyası Ukraynanı tükəndirməkdir
Britaniya kəşfiyyatının Rusiya təcavüzünün başlanmasının ildönümü ilə bağlı xülasəsinə əsasən, Rusiya 2022-ci il fevralın 24-də hərbi əməliyyatlara bütün ölkəni ələ keçirmək və Ukrayna hökumətini devirmək üçün Ukraynanı işğal etmək üçün başlayıb.
Busaat.az xəbər verir ki, bu barədə BBC Rusca məlumat yayıb.
Apreldə isə məlum olub ki, bu plan iflasa uğrayıb və Rusiya əsas diqqətini Donbassda və cənubda öz gücünü genişləndirməyə və möhkəmləndirməyə yönəldib. Britaniya Müdafiə Nazirliyi qeyd edib ki, bu, ləng və çox baha başa gələn proses olub.
Son həftələrdə Rusiya növbəti dəfə hədəflərini dəyişib. İndi onun kampaniyası çox güman ki, əhəmiyyətli yeni ərazilərin ələ keçirilməsinə deyil, ilk növbədə Ukrayna silahlı qüvvələrinin deqradasiyasına yönəlib. Xülasədə deyilir ki, Rusiya rəhbərliyi yəqin ki, Rusiyanın əhalisi və resurs üstünlüyü nəticəsində Ukraynanı tükəndirəcəyinə ümid edir.























