İngiltərə və Uelsin Apellyasiya Məhkəməsi “WikiLeaks”in təsisçisi Culian Assancın ABŞ-a ekstradisiyasına icazə verib.
Busaat.az “TASS”a istinadən xəbər verir ki, indi iş birinci instansiya məhkəməsinə – Vestminster Magistrat Məhkəməsinə qaytarılacaq. Sözügedən məhkəmə isə əvvəllər 50 yaşlı avstraliyalının intihar riski səbəbindən ABŞ-a ekstradisiya oluna bilməyəcəyinə dair qərar vermişdi.
Xatırladaq ki, J. Assanc 2010-cu ildə İsveçdə iki qadına qarşı cinsi zorakılıqda ittiham olunur. Həmin ildə İsveç hökuməti onu beynəlxalq axtarışa vermiş, sözügedən şəxs Londonda saxlanılmış, lakin daha sonra girov müqabilində azad edilmişdi.
O, 2012-ci ildən Ekvadorun İngiltərədəki səfirliyində gizlənirdi. 2018-ci ildə “WikiLeaks”in banisinə Ekvador vətəndaşlığı verilib. Son 7 ili jurnalist səfirliyin ərazisindən çıxmadan yaşayıb. Assanc 2019-cu ildə Londonda Ekvador səfirliyində həbs olunub.
Qafqazinfo