Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 994 $▲1.38%
  • Ethereum1 824 $▲3.14%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Britaniya ordusu Əfqanıstanda 64 uşaq öldürüb?

image-8317382bb238bd43aa866ce6a33ab5e2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İngilis qüvvələrinin 2006-2014-cü illərdə Əfqanıstanda iştirak etdiyi əməliyyatlarda 64-135 uşağın öldüyü, ancaq həyatını itirən yalnız 64 uşaq üçün orta hesabla 1656 sterlinq təzminat ödənildiyi bildirilib.

Busaat.az xəbər verir ki, bu barədə Silahlı Zorakılığa Qarşı Fəaliyyət (AOAV) təşkilatı məlumat yayıb.

Məlumata görə, Böyük Britaniya Müdafiə Nazirliyi daha əvvəl 16 uşağın ölümünə görə təzminat ödədiyini etiraf edib. Lakin sonradan bu rəqəm 64-ə yüksəlib. Həyatını itirən uşaqların faktiki sayının 135-ə yüksələ biləcəyinə işarə edən AOAV buna səbəb kimi ölənlərin bir qismi haqqında məlumatların nazirlik sənədlərində yalnız “oğulları-qızları” kimi yer alması və onların yaşları, ölüm səbəbləri ilə bağlı ətraflı məlumatların olmamasını göstərib.

Böyük Britaniya mərkəzli AOAV-nin məlumatlarına görə, sadalanan ölümlərin əsas səbəbləri arasında hava zərbələri və çarpaz atəş açılması olub.

Həyatını itirən uşaqlar üçün orta hesabla 1656 funt sterlinq təzminat ödənildiyini bildirən AOAV, ödəniş edilməzdən əvvəl iddiaçılardan tez-tez fotoşəkillər və doğum şəhadətnamələri istəndiyini qeyd edib.

Həmçinin bildirilib ki, müraciət edənlərin bir çoxu Talibanla əlaqəsinin olub-olmadığını müəyyən etmək üçün Britaniya personalı ilə görüşüblər.

Busaat.az 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90183