Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 772 $▼3.59%
  • Ethereum1 844 $▼4.32%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Britaniya parlamenti qeyri-qanuni immiqrasiya ilə bağlı qanun layihəsini qəbul edib

image-default-2023-07-19t013318-944
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Britaniya parlamenti qeyri-qanuni miqrasiya ilə bağlı qanun layihəsini qəbul edib.Bu qanun ölkəyə qeyri-qanuni yollarla daxil olan və sığınacaq istəyən şəxsləri deportasiya etməyə imkan verməlidir.

Busaat.az xəbər verir ki, aprel ayında İcmalar Palatası tərəfindən təsdiqlənən qanun layihəsinə  Lordlar Palatası tərəfindən də yaşıl işıq yandırılıb.

İndi qanun layihəsinin yaxın gələcəkdə Kral III Çarlz tərəfindən imzalanması qalır.

Qeyd edək ki, qanun layihəsi hökumət tərəfindən 2023-cü ilin martında təqdim edilib və hər il artan kütləvi qeyri-qanuni miqrasiya problemini həll etmək məqsədi daşıyır. Böyük Britaniyanın baş naziri Rişi Sunak La-Manş boğazını keçən qeyri-qanuni mühacirlərlə mübarizəni baş nazirliyinin əsas məqsədlərindən birinə çevirəcəyini vəd edib. Gələcək qanun Daxili İşlər Nazirliyinə qeyri-qanuni immiqrantları həbs etmək, onların sığınacaq müraciətlərini rədd etmək və onları təhlükəsiz üçüncü ölkələrə, o cümlədən Böyük Britaniyanın bu məqsədlə razılaşdığı Ruandaya deportasiya etmək səlahiyyəti verəcək.

Hökumət qeyd edir ki, hazırda ölkəyə qeyri-qanuni yollarla daxil olan sığınacaq axtaranların böyük əksəriyyəti, əslində, iqtisadi miqrant olan gənclərdir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115516