Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 437 $▼4.08%
  • Ethereum1 828 $▼5.18%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Britaniya Rusiyanın nüvə yanacağından asılılığı azaltmaq üçün 90,5 milyon dollar ayırır

image-images-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Böyük Britaniya hökuməti krallıqda nüvə yanacağı istehsalını artırmaq üçün 75 milyon funt sterlinq (90,5 milyon dollar) ayırıb.

Busaat.az xəbər verir ki, Britaniyanın Biznes, Enerji və Sənaye Strategiyası Departamentinin bazar ertəsi yaydığı bəyanata görə, bu, Rusiyadan yanacaq tədarükündən asılılığı azaltmaq üçün edilir.

İyun ayında G7 liderləri uran tədarükü və nüvə yanacağı istehsalı potensialının diversifikasiyası da daxil olmaqla, Rusiyadan nüvə və əlaqədar mülki malların tədarükündən asılılığı azaltmaq üçün birgə tədbirlər görməyə razılaşıblar.

Nazirlik bildirib ki, hazırda Rusiya dünyanın uranın emalı potensialının 20%-nə və zənginləşdirmə potensialının 40%-nə malikdir. Böyük Britaniyanın Nüvə Yanacağı Fondu 75 milyon funt-sterlinq olmaqla, qabaqcıl yanacaq texnologiyalarının tətbiqi də daxil olmaqla, ölkə daxilində nüvə yanacağı istehsalının inkişafına və kommersiyalaşdırılmasına sərmayə qoyuluşunu təşviq etməklə ölkənin enerji təhlükəsizliyini gücləndirəcək.

Hökumətin maliyyəsi krallıqda həm yeni hasil edilmiş, həm də regenerasiya olunmuş uranın emal potensialının yaradılmasına yönəldilməlidir.

Britaniya Nüvə Sənayesi Assosiasiyasının rəhbəri Tom Greatrex ümid etdiyini bildirib ki, hökumətin bu layihəsi sonda Böyük Britaniyaya nüvə yanacağı ixracını artırmağa imkan verəcək.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95946