Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin62 619 $▼2.80%
  • Ethereum1 721 $▼2.94%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Britaniya şirkəti ABŞ-nin Şimali Koreyaya tətbiq etdiyi sanksiyaları pozur

image-download-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

British American Tobacco (BAT) 2007-2017-ci illər arasında Şimali Koreya ilə keçmiş biznes fəaliyyətləri ilə bağlı araşdırmaları həll etmək üçün ABŞ Ədliyyə Departamenti və Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) ilə razılığa gəlib.

Busaat.az xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən British American Tobacco bəyanat yayıb.

Açıqlamada BAT-ın Şimali Koreyaya qarşı qəbul edilmiş sanksiyaları pozduğu səbəbilə ABŞ səlahiyyətlilərinə cəmi 635 milyon 241 min 338 dollar və faiz ödəyəcəyi qeyd edilib.

Şirkətin açıqlamasında bildirilir ki, BAT 2017-ci ilin sentyabr ayından etibarən Şimali Koreya ilə bütün ticarət fəaliyyətlərini dayandırıb.

ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamada, BAT və onun törəmə şirkəti olan BAT Marketing Singapore-un sanksiyaların pozulması və bank fırıldaqlarına görə cəza ödəməyə razı olduğu bildirilib.

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada BAT-ın Sinqapurdakı törəməsinin 2017-ci ilə qədər Şimali Koreyanın Sinqapurdakı səfirliyinə tütün ixrac etdiyi və ödənişlər üçün ABŞ banklarından istifadə etdiyi qeyd edilib.

Qeyd edək ki, ABŞ Şimali Koreyaya nüvə və ballistik raket fəaliyyətlərinə görə sanksiyalar tətbiq edir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=107886