Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 549 $▲0.68%
  • Ethereum1 807 $▲2.17%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Britaniya Ukraynaya hava hücumundan müdafiə dəstəyi verəcək

image-sunak-zelenskiy-1938564
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Böyük Britaniya Ukraynaya 50 milyon funt sterlinq dəyərində hava hücumundan müdafiə paketi vəd edib.

Busaat.az xəbər verir ki, bu barədə məlumat Britaniya Baş nazirinin ofisindən verilib.

Məlumata görə, ilk səfərini Kiyevə edən Baş nazir Rişi Sunakın Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb və ölkəsinin ukraynalıların yanında olmağa davam edəcəyinə söz verib.

Sunak təsdiqləyib ki, Böyük Britaniya Ukraynanın mülki əhalisini və kritik infrastrukturu Rusiyanın hücumlarından qorumaq üçün yeni hava hücumundan müdafiə paketi təqdim edəcək.

“50 milyon funt sterlinq dəyərində müdafiə yardımı paketinə 125 zenit silahı və İran tərəfindən təmin edilən dronlara qarşı mübarizə aparmaq üçün onlarla radar və dronlara qarşı elektron döyüş qabiliyyəti də daxil olmaqla texnologiya dəstəyi daxildir” – deyə, məlumatda bildirilib.

Zelenski həmçinin Telegram hesabında paylaşıb ki, Sunak ilə paytaxt Kiyevdəki Prezident Aparatında görüş zamanı Böyük Britaniya və Ukrayna arasında əməkdaşlıq və qlobal təhlükəsizlik məsələləri müzakirə olunub.

“Müharibənin ilk günlərindən Ukrayna və İngiltərə ən güclü müttəfiqlər olublar” – deyə, Zelenski qeyd edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91132