
Britaniya və müttəfiqləri Rusiyadakı vəziyyəti müzakirə edəcəklər - Rişi Sunak
Böyük Britaniya və onun müttəfiqləri Rusiyadakı vəziyyəti diqqətlə izləyirlər.
Busaat.az xəbər verir ki, bu barədə İngiltərənin Baş naziri Rişi Sunak bildirib.
Sunak, həmçinin bütün tərəfləri məsuliyyətli olmağa və mülki insanları qorumağa çağırıb.
“Biz vəziyyətin inkişafını diqqətlə izləyirik və müttəfiqlərimizlə əlaqə saxlayırıq. Onlardan bəziləri ilə bu gün, bəziləri ilə isə daha sonra danışacağam. İndi əsas məsələ bütün tərəflər üçün məsuliyyət göstərmək və mülki insanları qorumaqdır”, – Sunak deyib.
Busaat.az























