Britaniya XİN dünyanı birlikdə işləməyə çağırıb

image-thumbs_b_c_b9dfd36a5dc6ae1e7302cf70f76ee451backend

Ölkələr ölümcül hücumların qarşısını almaq üçün terrorçuları maliyyədən məhrum etmək istiqamətində birlikdə çalışmalıdırlar.

Busaat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici işlər naziri Ceyms Kleverli deyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Terrorla Mübarizə Komitəsinin iclası çərçivəsində Hindistanda olan Kleverli 2008-ci ildə Mumbayda törədilən terror aktlarında həyatını itirənlərin xatirəsini anmaq üçün təşkil edilən mərasimə qatılıb.

Mərasimdə Kleverli, ölümcül hücumların qarşısını almaq üçün ölkələrin terrorçuları maliyyədən məhrum etmək istiqamətində birlikdə işləməli olduqlarını vurğulayaraq qeyd edib: “Bu hadisə bizə terrorun bəşəri problem olduğunu və qlobal təsirini xatırlatdı”.

Hücumlarda həyatını itirənlər arasında 3 İngiltərə vətəndaşının olduğunu xatırladan Kleverli, İngiltərə hökuməti adına həmin insanları da anıb.

Təşkilatların terror hücumlarını təşkil etmək, şəbəkələrini saxlamaq və yeni üzvlər cəlb etmək üçün maliyyə ehtiyacına toxunan Kleverli deyib ki, onları maliyyədən məhrum etmək onlara qarşı ən təsirli üsullardan biridir.

Qeyd edək ki, 2008-ci il noyabrın 26-da Hindistanın Maharaştra əyalətinin paytaxtı Mumbayda baş verən terror aktları zamanı 166 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki