
Britaniyada 700 minə yaxın xəstə qəbulu ləğv edilib - Daily Telegraph
Britaniyada tibb işçilərinin çoxsaylı tətilləri səbəbindən son 8 ayda ölkədə 700 minə yaxın xəstə qəbulu ləğv edilib.
Busaat.az xəbər verir ki, bu barədə Daily Telegraph məlumat yayıb.
İyulun 18-də başa çatan daxili həkimlərin beş günlük tətili zamanı artıq stasionar müalicədə olan xəstələr də daxil olmaqla, 102 minə yaxın insan tibbi yardım ala bilməyib. Son səkkiz ayda bütün qəbulların ləğvi nəzərə alınmaqla onların sayı 698,8 mini keçib.
İngiltərənin NHS-nin baş həkimi, professor Stiven Pauisin bildirib ki, bu rəqəmlər tətillərin xəstələrə və onların ailələrinə böyük mənfi təsirindən xəbər verir. O, ehtimal edib ki, tibbi yardım almayanların sayı əslində xeyli çoxdur, çünki tətillər zamanı bir çox xidmətlər xəstələrin qeydiyyatını aparmayıb.
Busaat.az























