Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft90.90 $▼0.58%
  • WTI neft85.74 $▲0.08%
  • Avropa qazı (TTF)84.20 €▲2.27%
  • Təbii qaz (ABŞ)3.244 $▲0.96%
  • Qızıl4 059 $▼1.61%
  • Gümüş52.02 $▼2.30%
  • Pambıq78.30 ¢▼0.58%
  • Buğda588.50 ¢▼0.04%
  • Bitcoin74 316 $▼1.25%
  • Ethereum2 071 $▼2.87%
  • S&P 5007 522▼0.36%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Brüssel atom ixracına qarşı sanksiyalardan çəkinib

image-12jpg-1749566138
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kanadada keçiriləcək G7 görüşündə Rusiya neftinin qiymət tavanının aşağı salınmasına nail olmaq niyyətində olduğunu bildirib.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, o, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında bəyan edib.

“Komandalarımız, əlbəttə ki, G7 çərçivəsində xüsusilə ABŞ nümayəndələri ilə təmasdadır. Biz bu sanksiyalar vasitəsilə Rusiyanı danışıqlar masasına oturtmağa, davamlı sülhə nail olmaq üçün bu danışıqlara ciddi yanaşmağa məcbur etmək məqsədinə son dərəcə sadiqik. Bu, ümumi məqsəddir”, – o bildirib.

Avropa Komissiyasının sədri həmçinin təsdiqləyib ki, planlaşdırılan 18-ci sanksiya paketi neftin qiymət həddinin 60 dollardan 45 dollara endirilməsini və “Şimal axını” qaz kəmərlərindən istifadənin qadağan edilməsini nəzərdə tutacaq.

Gözləntilərin əksinə olaraq, Rusiyanın atom sənayesi və atom ixracına qarşı sanksiyalar yeni məhdudlaşdırıcı tədbirlər paketinin layihəsinə daxil edilməyib.

Daha əvvəl Brüsseldəki mənbələr iddia edirdilər ki, Aİ-nin yeni sanksiyalar paketinə Rusiyanın neft və atom enerjisi sektorlarına qarşı tədbirlər daxil ediləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=167322