Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 174 $▲0.10%
  • Ethereum1 787 $▲1.02%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Bu, əsrin ən şiddətli zəlzələlərindən biridir - ABŞ Dövlət Departamenti

image-ned-price-reu-1531728_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyədə və Suriyada da baş verən dəhşətli zəlzələlərdə həyatını itirənlərə başsağlığı verib.

Busaat.az xəbər verir ki, təbii fəlakətlə bağlı ABŞ hökuməti açıqlama verib:

“Bu zəlzələ əsrin ən güclü zəlzələlərindən biri olub”.

“Zəlzələdə zərərçəkənlərə, sağ qalanlara, xilasetmə qruplarına, yardım qruplarına və zərər çəkmiş ailələrə başsağlığı veririk”, – deyən Prays, 3-ü ABŞ vətəndaşı olmaqla 15 mindən çox insanın həyatını itirdiyini bildirib.

O, ABŞ dövlət katibi Antoni Blinkenin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışdığı və ABŞ-ın zəlzələ bölgəsinə dəstəyini necə davam etdirə biləcəyi ilə bağlı fikir mübadiləsi apardığını söyləyib. Prays zəlzələdə ABŞ-dan 200 nəfərlik  yardım qrupunun olduğunu bildirib. O cümlədən xüsusi avadanlıqla təchiz edilmiş iki təcrübəli şəxsi heyətin ilkin tibbi yardım ləvazimatları və tibbi avadanlıqlarla da dəstək verdiyini açıqlayıb.

Suriyaya dəstək

Zəlzələdən zərər çəkən Suriyaya da dəstək verdiklərini bildirən Prays sərhəd qapılarını humanitar yardıma açdığı üçün Türkiyəni təqdir etdiklərini vurğulayıb.

Həmçinin Suriyaya göndərilən yardımların  ABŞ-ın dəstəklədiyi təşkilatlar vasitəsilə çatdırıldığını vurğulayan Prays, Əsəd rejiminə humanitar yardımların çatmasına icazə verməyə çağırıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100126