
Bu görüşdə Ukraynanı NATO-ya necə yaxınlaşdıracağımıza xüsusi diqqət yetirdik - Stoltenberq
NATO ölkələrinin xarici işlər nazirləri Osloda keçirilən qeyri-rəsmi görüşdə NATO-Ukrayna Komissiyasının statusunun Şura səviyyəsinə qaldırılmasını müzakirə ediblər.
Busaat.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq bildirib.
“Bu gün biz Ukraynanı NATO-ya necə yaxınlaşdıracağımıza xüsusi diqqət yetirdik. NATO-Ukrayna Komissiyasının səviyyəsinin artırılmasını müzakirə etdik. Bu,birgə məsləhətçi qurumun yaradılmasında mühüm addım olacaq”, – Stoltenberq deyib.
O, qeyd edib ki, NATO Ukraynanın alyansa daxil olmasını real hesab edir, lakin o, iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdə Kiyevin NATO-ya rəsmi dəvət alıb-almayacağı sualını cavablandırmayıb.
Busaat.az























