Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.77 $▼2.92%
  • WTI neft83.86 $▼1.04%
  • Avropa qazı (TTF)82.53 €▼3.45%
  • Təbii qaz (ABŞ)3.254 $▲2.91%
  • Qızıl3 771 $▼0.41%
  • Gümüş45.63 $▼0.39%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.75 ¢▼0.41%
  • Bitcoin64 019 $▼1.32%
  • Ethereum1 794 $▼1.60%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

“Bu gün heç bir təxribat mənim üçün ciddi əhəmiyyət kəsb etmir”

image-160127_gcglylf9zf
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə Fransada keçirdikləri ilk matçda (1:3) Ağdam təmsilçisinə qarşı edilən erməni təxribatı barədə danışıb. 

Busaat.az xəbər verir ki, o, Liqa 1 klubu ilə Bakıda keçirəcəkləri cavab qarşılaşmasından öncə təşkil olunan mətbuat konfransında bu cür təxribatlara əhəmiyyət vermədiyini bildirib:

“Oradakı təxribata zərrə qədər də önəm vermədim. Torpaqlarımız bizdə olmayanda rəqiblərdən ehtiyatlanırdıq, uduzmaq istəmirdik. Başda mən olmaqla çox narahat olurduq. Qarabağ köçkünləri illər idi əziyyət çəkirdilər, doğma torpaq arzusunda idilər. Bizə baxıb fərəhlənirdilər. Dəfələrlə də təxribatlar olmuşdu. Bu gün heç bir təxribat mənim üçün ciddi əhəmiyyət kəsb etmir. Çünki Azərbaycan xalqı, komandası olaraq başıdik getmişik. Torpaqlarımız geri qayıdıb. Dünya futbolunda da belə hallar olub. Bu təxribat deyil, çox kiçik şeydir. Şükürlər olsun, bayrağımız öz torpaqlarımızda ucalıb. Bununla bizə heç nə göstərə, deyə bilməzlər. Bunu qəbul etmirəm. Sabah bayraqlarımızın sayı da çox olacaq. Onda hamımız başa düşəcəyik ki, belə şeylərə təxribat demək olmaz. Düşünmürəm ki, futbolçularımıza da təsir edib”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Marseldəki ilk görüşdə meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=72032