Bu gün nə qədər vaksin vurulub?

image-vaksinbackend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 314 vaksin vurulub.

Busaat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 125, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 30 008 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 567 919, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 083 530, ikinci mərhələ üzrə 4 573 036 nəfər təşkil edir. Ümumilikdə isə 911 353  “buster” doza vurulub.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki