Bu gün Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək

image-sakasvilibackend

Bu gün Gürcüstanda Tbilisi Şəhər Məhkəməsində keçmiş Prezident Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək.

Busaat.az  “Interpressnews”a istinadən xəbər verir ki, məhkəmə prosesi gürcü siyasətçinin oktyabrın 1-i  ölkə sərhədini qanunsuz keçməsi ilə bağlıdır.

Proses Bakı vaxtı ilə 12:00-da başlayacaq.

M.Saakaşvili dünən yaydığı məktubda böyük ehtimalla prosesdə iştirak etməyəcəyini bildirib. Siyasətçi buna səbəb kimi fiziki olaraq zəif olduğunu göstərib.

Qeyd edək ki, məsələ ilə bağlı ilk iclas noyabrın 16-da keçirilib və Saakaşvili prosesdə iştirak etməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki