Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 002 $▲1.39%
  • Ethereum1 820 $▲2.93%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Bu gündən Finlandiya sarsılmaz təhlükəsizlik təminatı alacaq - Stoltenberq

image-nato-genel-sekreteri-jens-stoltenberg-aa-1996050_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Finlandiya NATO üzvü kimi alyansın təsis müqaviləsinin 5-ci maddəsi ilə “sarsılmaz təhlükəsizliyə” təminat verəcək.

Busaat.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Baş katib Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi jurnalistlərin suallarını cavablandırıb.

İsveçdən fərqli olaraq Finlandiyanın NATO üzvü olmaqla hansı təhlükəsizlik təminatı alacağı sualına Stoltenberq belə cavab verib: “Finlandiya bundan sonra alyansın bütün hərbi və mülki strukturlarına daxil ediləcək“.

“Ən əsası odur ki, Finlandiya üzv olmaqla sarsılmaz təhlükəsizlik təminatı alacaq. Kollektiv müdafiəmizin “Hamı birimiz üçün, birimiz hamı üçün” mənasını verən 5-ci maddəsi bu gündən Finlandiyaya da şamil ediləcək”, – Stoltenberq deyib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=105794