
"Bu günə qədər uranı yüzdə 60-dan yuxarı zənginləşdirməmişik" - Behruz Kəmalvəndi
İranın uranı 84 faiz saflığa qədər zənginləşdirdiyi barədə yayılan xəbərlər doğru deyil.
Busaat.az İRNA-ya istinadən xəbər verir ki, bu sözləri İran Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kəmalvəndi bildirib.
İddiaları “faktların saxtalaşdırılması” adlandıran Kemalvəndi deyib: “Biz bu günə qədər uranı yüzdə 60-dan yuxarı zənginləşdirməmişik”.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) “siyasi təzyiq vasitəsinə” çevrildiyini deyən Kemalvendi, “Bu vəziyyət bu qurumun etibarına və nüfuzuna mənfi təsir edir”, – deyə vurğulayıb.
Bloomberg-in məlumatına görə, İranın nüvə obyektlərini təftiş edən beynəlxalq müfəttişlər keçən həftə obyektlərdə 84 faiz saf zənginləşdirilmiş uranın aşkarlandığını açıqlayıblar.
MAQATE-nin “Twitter” hesabından edilən açıqlamada da İranda uranın zənginləşdirilməsi səviyyəsi ilə bağlı xəbərlərdən məlumatlı olduqları, mövzu ilə bağlı İdarə Heyətinin məlumatlandırılacağı bildirilib.
Qeyd edək ki, nüvə sazişi İrana uranı 3,67% zənginləşdirməyə imkan verir.
Busaat.az























