Bu media subyektləri məhkəməyə veriləcək

image-ehmed-ismayilovbackend

“Media Reyestrinə daxil edilməyən media subyektlərinin fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət olunacaq”.

Busaat.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.

O bildirib ki, Media Reyestrindən keçmək üçün media subyektlərinin kifayət qədər müddəti var: “Əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək”.

Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90