
Bu ölkədə 450 hektar meşə yanıb kül oldu
Tunisin şimal və şimal-qərbində avqustun 9-dan bəri davam edən yanğınlarda 450 hektarlıq meşəlik ərazi yanıb.
Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğınlar doqquz fərqli yerdə başlayıb.
Yanğınsöndürmə işlərinə mülki müdafiə dəstələri, yanğınsöndürənlər və ordu cəlb olunub.
Hazırda ölkədə havanın temperaturu 49 dərəcədir və yanğınların bu səbəbdən baş verdiyi bildirilir.























