Bu ölkədə koronavirusdan ölmüş şəxslər küçələrə atılır – FOTO

image-riksabackend
Hindistanda COVİD-19 səbəbindən pasiyentlər küçələrə atılır.
BUSAAT.AZ  Türkiyə mediasına istinadən xəbər verir ki, Hindistanda xəstəxanalarda oksigen çatışmazlığı səbəbilə həkimlər COVİD-19 xəstələrini müalicə etməkdə çətinlik çəkir.
Xəstəxanalarda yer olmadığı üçün ölmüş şəxslər küçələrə atılır. Bir qadın isə təcili yardım tapa bilmədiyi üçün dünyasını dəyişmiş oğlunun cəsədini özü kiçik rikşa ilə daşıyıb.
Sosial mediyada yayılan görüntülər ölkədə səhiyyə böhranının hansı səviyyədə olduğunu ortaya qoyub.
Çatışmazlıq səbəbilə təcili yardım və oksigen qiymətləri pik həddə çatıb. Oksigen tapa bilməyən bəzi xəstələr boğulmaqla ölür və ya vəziyyətə dözə bilməyib intihar edir.
Kanpu şəhərində isə bir qadının cəsədi küçənin ortasında tapılıb. Polislər bildirib ki, qadının virusa yoluxması səbəbilə oğlu xəstələnməmək üçün onu küçəyə atıb.
image-hindia
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90