Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.67 $▲1.01%
  • WTI neft85.07 $▲0.07%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.176 $▲2.88%
  • Qızıl3 809 $▼1.77%
  • Gümüş46.25 $▼2.60%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda607.25 ¢▲1.29%
  • Bitcoin64 339 $▼0.82%
  • Ethereum1 805 $▼0.99%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Siyasət

Bu ölkədə səfirliyimiz açılır

image-slovak
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Slovakiyada (Bratislava şəhərində) səfirlik təsis edir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, son illər Azərbaycanın xarici əlaqələri, o cümlədən Avropa ölkələri ilə münasibətləri günü-gündən artır. O qeyd edib ki, iki ölkə arasındakı əlaqələr son zamanlar xüsusilə inkişaf edən xətlə yüksəlir:

“Münasibətlər getdikcə inkişaf edir və Azərbaycan həqiqətlərini Mərkəzi Avropada yerləşən, eləcə də siyasi nöqteyi-nəzərdən vacib əhəmiyyəti olan Slovakiyada səfirliyin açılması vacib əhəmiyyət kəsb edir. Həmin ölkənin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Odur ki, bu layihənin qəbulu təqdirəlayiqdir”.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115148