Bu ölkədə təhsil tamamilə DAYANDIRILDI

Bu ölkədə təhsil tamamilə DAYANDIRILDIbackend

Əlcəzairdə yeni növ koronavirus (COVID-19) tədbirləri çərçivəsində məktəblərdə 2019-2020 tədris ilinin başa çatdığı açıqlanıb.

Əlcəzair Rəyasət Heyətinin yazılı açıqlamasına görə, hökumət təxminən 2 aydır dayandırılmış 2019-2020 tədris ilinin vəziyyətini müzakirə etmək üçün toplanıb.

Görüşdə prezident Abdulmecid Tebbun da iştirak etdiyi və tədris ilinin sona çatması ilə bağlı qərarın verildiyi bildirilib.

Hər il may ayında keçirilən ibtidai məktəbi bitirmə imtahanlarının ləğv edildiyi, orta məktəbi bitirmə imtahanlarının sentyabr ayının ikinci həftəsinə, liseyin buraxılış imtahanlarının isə sentyabrın üçüncü həftəsinə təxirə salındığı da qeyd edilib.

Yeni təhsil ilinin (2020-2021) sentyabr ayı əvəzinə oktyabr ayında başlaması qərarı verildiyi ifadə edilən açıqlamada, 2019-2020 tədris ilinin birinci və ikinci semestrlərində orta hesabla şagirdlərin növbəti təhsil müddətində gələn il keçməsi üçün əsas götürülüb və virus səbəbiylə ləğv edildiyi açıqlanıb.
Qeyd edək ki, ölkədə COVID-19 yayılmasının qarşısını almaq üçün görülən tədbirlər çərçivəsində 12 Martda təhsildə 2 həftəlik fasilə olduğu elan edilib, sonra qərar mayın 14-dək uzadılıb.

Bildirək ki, Əlcəzairdə sentyabr ayında başlayan təhsil ili üç baxımdan iyul ayına qədər davam edir.

Digər tərəfdən, Əlcəzair Səhiyyə Nazirliyi ilə əlaqəli Koronavirus Müşahidəsi və İzləmə Komitəsinin sözçüsü Cemal Fevrar, daha 8 nəfərin COVID-19 səbəbiylə öldüyünü və həyat itkisinin 502-yə çatdığını bildirib.

Ölkədə 165 nəfərdən çox insanın aşkarlandığını və yoluxma sayının 5 min 723-ə yüksəldiyini bildirən Fevrar, virusa yoluxmuş xəstələrdən 2 min 678-nin sağaldığını bildirib./Unikal/

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90