Bu ölkəyə vizanı sərhəddə alacağıq

image-visabackend

Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcəklər.

Busaat.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov X hesabında paylaşım edib.

O bildirib ki, bununla bağlı İraq daxili işlər naziri müvafiq əmr imzalayıb.

“Bununla əlaqədar başda İraq Respublikasının Baş naziri olmaqla, bu ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə təşəkkürümüzü bildiririk”, – səfir yazıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki