Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 687 $▼0.06%
  • Ethereum2 231 $▼0.20%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

“Bu olmasa İran-Azərbaycan münasibətlərini yaxşı heçnə gözləmir” - ŞƏRH

image-iran-azerbaijan-flag
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İran Azərbaycanda təşkil etdiyi bütün siyasi cəhdləri və həmçinin araqarışdıran vəziyyətlər üçün Azərbaycan xalqından üzr istəməli və terroçuları Azərbaycana təhvil verməlidir. Bunlar olmayacağı təqdirdə yaxın perspektivdə İran-Azərbaycan münasibətlərində yaxşı heçnə gözlənilmir”.

Bunu ABŞ prezidenti Co Baydenin Azərbaycan Respublikası prezidenti İlham Əlieyevə yolladığı məktubda İran faktoruna toxunmasına İranın reaksiyasından danışan politoloq Tural İsmayılov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, İran Azərbaycana qarşı heç vaxt sakitləşməyib:

image-tural-ismayilov

“Azərbaycana qarşı İran tərəfindən daim təhdidlər davam edib. İran bir gün olsun belə bu prosesə ara verməyib, Azərbaycana qarşı olan kini, küdürəti hər zaman davam edib. Hələ də İran informasiya portallarında Azərbaycana qarşı dezinformasiya xarakterli xəbərlər dərc edilir. Həmçinin Azərbaycanın sekulyar dövlət modeli əleyhinə çıxış edən və İranda gizlənən, Azərbaycanın hüquq-mühafizə orqanlarının beynəlxalq axtarışa verdiyi şəxslər hələ də Azərbaycana təhvil verilməyib. Belə olan halda biz hansısa formada İranın sakitləşdiyini deyə bilmərik.

Yaxın perspektivdə İran və Azərbaycan münasibətlərinin düzəlməsi üçün İran anti-Azərbaycan ritorikadan əl çəkməlidir. İran Azərbaycan səfirliyinə hücum planı ilə bağlı normal cavab verməlidir. İran, həmçinin Azərbaycanda təşkil etdiyi bütün siyasi cəhdləri və həmçinin araqarışdıran vəziyyətlər üçün Azərbaycan xalqından üzr istəməli və terroçuları Azərbaycana təhvil verməlidir. Bunlar olmayacağı təqdirdə yaxın perspektivdə İran-Azərbaycan münasibətlərində yaxşı heçnə gözlənilmir”.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110506