
"Bu qərar Aİ və Çin arasında qarşılıqlı etimadı ciddi şəkildə sarsıdacaq" - Van Venbin
AB Rusiyaya avadanlıq tədarükünə görə yeddi Çin texnologiya şirkətinə qarşı sanksiyalar tətbiq edərsə, Çin öz maraqlarını qoruyacaq.
Busaat.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.
“Əgər KİV-də yayılan xəbərlər doğru olarsa, Avropa tərəfinin bu cür hərəkətləri Aİ və Çin arasında qarşılıqlı etimadı və əməkdaşlığı ciddi şəkildə sarsıdacaq”, – çinli diplomat deyib.
“Avropa tərəfi səhv etməməlidir, əks halda Pekin öz rasional əsaslandırılmış qanunlarını və hüququnu qətiyyətlə qorumağa məcbur olacaq”, – Venbin əlavə edib.
Busaat.az























