
“Bu, qəsdən törədilmiş və çox təhlükəli təxribatdır” – Polyanski
Qara dənizdə ABŞ pilotsuz təyyarəsi ilə bağlı son insident düşünülmüş və təhlükəli təxribatdır.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bildirib.
O bildirib ki, pilotsuz təyyarə “xüsusi hərbi əməliyyat” üçün yaradılmış müvəqqəti hava məkanı rejiminin sərhədlərini pozub.
“Dron müvəqqəti hava məkanı rejiminin sərhədlərini pozurdu və bu sərhədlər Birləşmiş Ştatlar tərəfindən yaxşı bilinir. Düşünürəm ki, bu, belə vəziyyətlərdə böyük güclərlə razılaşdırılan konfliktləri aradan qaldıran razılaşmaların bir hissəsidir”, – diplomat deyib.
“Biz bunun qəsdən törədilmiş və çox təhlükəli təxribat olduğunu düşünürük”, – Polyanski əlavə edib.
Busaat.az























