Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 699 $▼3.70%
  • Ethereum1 831 $▼5.02%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

“Bu, Şimali Koreyanın qanuni özünümüdafiə hüququna qəsd deməkdir” - Kim Son

image-default-2023-07-14t120207-076
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qitələrarası ballistik raket sınaqları Şimali Koreyanın BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə etməsidir.

Busaat.az xəbər verir ki, bunu  Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim Son deyib.

“Özünümüdafiəni həyata keçirmək hər bir suveren dövlətin qanuni hüququdur. Bunu heç kim inkar edə bilməz, çünki bunu BMT Nizamnaməsi və beynəlxalq hüquq da qəbul edir. Bizim yeni tip ballistik raketi sınaqdan keçirməyimiz qonşu ölkələrin təhlükəsizliyinə mənfi təsir göstərmədi. Yaponiyanın özü elan etdi ki, raketimiz Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Bu o deməkdir ki, Yaponiya heç bir şeyin onun təhlükəsizliyinə təhdid etmədiyini etiraf edib. Yeni tipli raketin sınağı düşmən qüvvələrin təhlükəli addımlarının qarşısını almaq, dövlətimizin təhlükəsizliyini və regionda sülhü təmin etmək məqsədilə özünümüdafiə hüququnun həyata keçirilməsidir”, – diplomat bildirib.

“Biz ABŞ  və onun ardıcılları tərəfindən Təhlükəsizlik Şurasının sessiyasının çağırılmasını pisləyirik, bu, Şimali Koreyanın qanuni özünümüdafiə hüququna qəsd deməkdir”, – Son əlavə edib.

Qeyd edək ki, Şimali Koreya “Hvanson-18” qitələrarası ballistik raketini sınaqdan keçirib.

Məlumata görə, buraxılışa ölkə lideri Kim Çen In özü rəhbərlik edib. Raket 1001 kilometr yol qət edərək Yapon dənizinə düşüb. Maksimum uçuş hündürlüyü 6648 kilometr olan raket, 74 dəqiqə havada qalıb ki, bu da uçuş müddətində rekord hesab olunur.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=115137