
"Bu, son 100 ildə bölgədə baş verən ən pis zəlzələlərdən biridir" - Bayden
“Bu, 100 ildən artıqdır ki, bölgədə baş verən ən pis zəlzələlərdən biridir”.
Busaat.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden Viskonsin ştatına səfəri zamanı bildirib.
“ABŞ xalqının duaları Türkiyə və Suriyada baş verən zəlzələlərdən zərər çəkənlərlədir. Bu, son 100 ildən artıqdır ki, regionda baş verən ən pis zəlzələlərdən biridir”, – Bayden deyib.
Can itkisi üçün yas tutduqlarını bildirən Bayden, dağıntılar altından zəlzələ qurbanlarının cəsədlərinin çıxarılmasını seyr etməyin faciəvi olduğunu söyləyib. “Zəlzələ inanılmaz dərəcədə güclü idi, əhəmiyyətli afterşok təkanlar və ikinci zəlzələ oldu”, – deyə ABŞ lideri əlavə edib.
Bayden zəlzələdən dərhal sonra prezident Ərdoğana zəng etdiyini və axtarış-xilasetmə qrupları da daxil olmaqla, NATO müttəfiqi Türkiyəyə tam dəstəyini təklif etdiyini bildirib. Həmçinin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin və ABŞ-ın Avropadakı hərbçilərinin də Türkiyənin zəlzələ bölgəsində köməyə hazır olduğunu xatırladıb.
Busaat.az























