Bu yolda nişan yoxdur – Sürücülər bilmədən 150 manatlıq qayda pozurlar – VİDEO

image-suruc44jpg-1721452893backend
Paytaxtın Bağırov körpüsündən Ziya Bünyadov prospektinə gedən yolda sürücülər bilmədən qayda pozurlar.
Busaat.az xəbər verir ki, bu barədə izləyici Avtosfer.az-a videomaterial göndərib. Belə ki, hərəkət iştirakçıları sözügedən prospektə dönən zaman ayrıcı zolağın həm sağ, həm də sol tərəfi ilə hərəkət edirlər. Görüntüdən aydın göründüyü kimi, “Opel” markalı avtomobil əks istiqamətli yolla gedir. Daha sonra o, maşının işığını yandırıb-söndürərək qarşı tərəfdən gələn hərəkət iştirakçısına xəbərdarlıq edir.Qeyd edək ki, ayrıcı zolağın üzərində maneəni sağdan keçmə nişanı, ardınca 3.1 nişanı qoyulmalıdır. Bu zaman nişanları görən sürücü sol deyil, sağ tərəflə hərəkət etməli olduğunu başa düşəcək. Nəticədə yola bələd olmayan sürücülər “protiv” gedərək qəza riski yaradırlar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki