
Bugatti şirkəti 1 milyon dollar dəyərində qol saatı təqdim edib
Jacob & Co. şirkəti Bugatti Chiron üslublu qol saatını təqdim edib. Bugatti Chiron Tourbillon Molsheim Edition-ın qiyməti 1 milyon dollardır.
Busaat.az xəbər verir ki, saat Fransa bayrağının rənglərində qiymətli daşlarla qeyri-adi dizayna malikdir.
İdarə paneli məşhur W16 mühərrikinin miniatür versiyasıdır. O, əsl mühərrikin pistonlarının vuruşunu simulyasiya edir.
Saat 148 mavi sapfir, 45 ağ brilyant və 149 yaqut ilə bəzədilib.
Bundan başqa, saat Siferblat sapfir və yaqut rəqəmləri ilə bəzədilib, dəqiqə şkalası isə tamamilə brilyantdan hazırlanıb.
Bugatti Chiron Tourbillon Molsheim Edition 578 komponentdən ibarətdir. Suya davamlıdır və 30 m-ə qədər dərinlikdə işləyə bilər.
Saatı yalnız Bugatti Chiron avtomobil sahibləri ala bilər.
Busaat.az























