
Buğda anbarında yanğın baş verdi
Səhər saatlarında Fransanın La Roşel şəhərində buğda anbarında yanğın çıxıb.
Busaat.az xəbər verir ki, bu barədə France Bleu məlumat yayıb.
Bölgəyə gələn 100-ə yaxın yanğınsöndürən alovun qarşısını almağa çalışır.
Təhlükəsizlik məqsədilə anbarda işləyən 20-yə yaxın adamın təxliyə edildiyi bildirilir. Yaxınlıqdakı yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.
Qubernatorluq hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb.
Qeyd edək ki, sözügedən şəhərdə 1977-ci ildə də böyük yanğın baş vermişdi.























