Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 838 $▲1.14%
  • Ethereum1 819 $▲2.84%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

“Bunun səbəbi Türkiyədə hüquqa müdaxilə etmək və sabitliyi pozmaqdır” - Süleyman Soylu

image-soylu-suleyman
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bəzi səfirlik və konsulluqların təhlükəsizlik səbəbi ilə müvəqqəti bağlanmaq qərarı Türkiyəyə qarşı psixoloji müharibəyə başlamaqdır.

Busaat.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

“60 milyon turist hədəfini təyin etdiyimizi və 46 milyard dollar turizm gəliri əldə etdiyimizi açıqladığımız gün səfirliklər vasitəsilə Türkiyəyə qarşı yeni psixoloji müharibəyə başladılar”, deyə Süleyman Soylu qeyd edib.

Bu ölkələrin məqsədlərinin Türkiyənin sabitliyinə və əmin-amanlığına kölgə salmaq olduğunu hər kəsin çox yaxşı bildiyini vurğulayan daxili işlər naziri “Bu ölkədə səfirlər Türkiyəyə qarşı bəyannamə yayımlamışdılar. Bunun səbəbi Türkiyədə hüquqa müdaxilə etmək və Türkiyədə sabitliyi pozmaqdır. İstiqlal küçəsində bombalı hücumun, Hatayda polis məntəqəsinə edilən hücumun 2022-ci ildə səfirlərin imzaladığı bəyannamədən bir fərqi yoxdur, eynisidir. İçlərində qalmış böyük planın bir hissəsidir. Türkiyəyə qarşı yayımladıqları bəyannamədə hansı səfir bu bəyannaməni imzalamağı tövsiyə edibsə, Türkiyədə təxminən 3-4 gündür bir DEAŞ hadisəsi üzərindən səfirliklərin, bəzi ibadət yerlərinin təhlükə altında olduğunu ortaya qoyaraq, bir qurumumuza verdiyi kəşfiyyat xarakterli bir qeydlə digər səfirlərə də ‘Biz bağlayırıq, siz də bağlayın’ düşüncəsini aşılayaraq, 60 milyon turist hədəfi qoyduğumuz bir gündə, 51 milyon turistin gəldiyini, 46 milyard dollar turizm gəliri əldə etdiyimizi açıqladığımız bir gündə Türkiyədə yeni psixoloji müharibəyə başlamaq ərəfəsində olublar”, deyib.

Qeyd edək ki, Türkiyə ilə bağlı təhlükəsizlik xəbərdarlığı edən və ya bəzi diplomatik və konsulluq nümayəndəliklərini müvəqqəti bağlayan ABŞ, Hollandiya, İsveçrə, İsveç, İngiltərə, Almaniya, Belçika, Fransa və İtaliyanın bu ölkədəki səfirləri və nümayəndələri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq, Ankaranın mövqeyi çatdırılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99324