Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft91.54 $▲0.12%
  • WTI neft85.81 $▲0.16%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.220 $▲0.22%
  • Qızıl4 121 $▼0.08%
  • Gümüş53.16 $▼0.16%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda588.25 ¢▼0.08%
  • Bitcoin74 777 $▼0.64%
  • Ethereum2 123 $▼0.44%
  • S&P 5007 550▲2.37%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

“Burada iştirakım Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür” - Prezident

image-ilham-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Əziz və dəyərli qardaşım, cənab Rəcəb Tayyib Ərdoğan, əziz qardaşlarım, əziz dostlar, yenidən qardaş Türkiyə torpağında olmaqdan məmnunam. Türk qardaşlarımı salamlayır, Azərbaycandan hərarətli salamlarımı ifadə edirəm”.

Busaat.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında deyib.

“Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, inkişaf edir.

Bunun təməlində əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında söz sahibinə çevrilib, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir.

Bunlar arasında xüsusən insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, məktəblər, su anbarları, xəstəxanalar, körpülər, yollar – bütün bunlar Türkiyənin inkişafını göstərən amillərdir. Bütün bunların kökündə insan faktoru, dövlət siyasəti dayanır.

Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür”, – dövlət başçısı vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=77264