
Burkina Fasoda terror aktı: 13 ölü, 15 yaralı
Burkina-Fasoda törədilən terror aktı nəticəsində 13 nəfər həlak olub.
Busaat.az xəbər verir ki, Burkina Faso Ordusundan verilən açıqlamaya görə, Falanqoutou rayonunda xidmət edən könüllü polislər hücuma məruz qalıb.
Hücumda nəticəsində 10 jandarm, 2 könüllü polis və 1 mülki vətəndaş həyatını itirib.
Hadisə zamanı daha 5 jandarm və 10 polis yaralanıb.
Qeyd edək ki, qonşu Malidəki Əl -Qaidə və İŞİD-ə bağlı terror qrupları 2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində tez-tez belə hücumlar həyata keçirir.
Hökumətin məlumatlarına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına kimi hücumlarda 600-ü təhlükəsizlik qüvvələri olmaqla 2000 nəfər həyatını itirib.
Busaat.az























